Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
Analitiklər yeni situasiyanın Azərbaycana yaratdığı üstünlükləri necə maddiləşdirmək haqda danışdılar
Ermənistan ordusu Qarabağ cəbhəsindən kənarda hərəkətə keçəndə və ərazilərimizə təcavüz edəndə hər kəs “niyə Tovuz” sualına cavab axtarırdı. Çox çəkmədi ki, Türkiyə prezidenti demişkən, “Ermənistanın boyunu aşan plan”ın ssenari müəllifinin gerçək məqsədləri bəlli oldu. Hər kəs anladı ki, əsas hədəf Tovuz yüksəklikləri ələ keçirib, Azərbaycandan Avropaya uzanan neft-qaz kəmərlərinin fəaliyyətini iflic etməkdir.İndi isə cəbhə xətti ABŞ-adək uzanıb. Bu ölkənin Los-Ancels şəhərində yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər dünyanın gözü qarşısında baş verdi. ABŞ-ın ölkəmizdəki səfiri də baş verənlərə görə erməniləri ittiham edib. İyulun 23-də Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqer Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib. X.Xələfov qeyd edib ki, ABŞ-da Azərbaycan Baş Konsulluğu qarşısında dinc aksiya üçün yığışmış Azərbaycan icması nümayəndələrinə aqressiv erməni kütləsi tərəfindən edilən hücumun ABŞ polisi tərəfindən qarşısının alınmaması məyusedici haldır.
Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib. Los Ancelesdə baş verən təxribatla bağlı danışan səfir bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Örl Litzenberqer görüşdə qaldırılan məsələlərin, o cümlədən Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsinin rəsmi Vaşinqton qarşısında qaldıracağını ifadə edib.
Los-Ancels hadisələrindən sonra isə Avropa ölkələrində, həmçinin Rusiya, Ukrayna, Moldovada azərbaycanlılar ermənilərin dərsini verməyə başlayıb. Ermənilərin törətdiyi cinayətlər soydaşlarımızın birliəşməsininin zəruriliyini qaçılmaz etdi. Faktiki olaraq bu gün bir hərəkat var - Tovuzdan başlayıb, Avropa, Amerika qitəsinə kimi uzanan milli müdafiə və antierməni hərəkatı.
Bəs bu dalğa Azərbaycana böyük xilas vəd edirmi? Azərbaycanlılar bütün dünya üzrə təşkilatlandı, birləşdi, ayağa qalxdı. Bu, qürurvericidir. Düzdür, bəziləri bunu böyük oyunçuların ssenarisi də adlandırır. Amma bu proses həmin qüvvələrin maraqlarına ziddir. Çünki son savaşa hazırlaşırmışlar kimi ayağa qalxıb azərbaycanlılar bütün du?nyada. Situasiyanın təhlili nə deyir?
Deputat Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, burada neqativ nəsə axtarmağın tərəfdarı deyil: “Fikrimcə, Azərbaycan dövlətinin və millətimizin Tovuzdan başlayıb Avropa və Amerika qitəsinə qədər uzanan işğalçı Ermənistana qarşı hərəkatının güclənməsi bir sıra amillərlə bağlıdır: birincisi, uzun illərdir təcavüzkar Ermənistan ərazilərimizin bir hissəsini işğal altında saxlayır, problem həll edilməyib. Bu isə həm ölkə daxilində, həm də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda işğalçı ölkəyə qarşı hiddət və nifrət hissini alovlandırır. İkincisi, Tovuz istiqamətində mahiyyətinə görə regional çərçivəni aşaraq törətdiyi hərbi təxribatda Ermənistanın konkret olaraq güddüyü aşağıdakı məqsədlər hiddəti daha da qızışdırdı: dövlət sərhədimizin Tovuz rayonu istiqamətində keçən hissəsində hərbi təxribat törətməklə təcavüzkar ölkə diqqəti işğal atındakı ərazilərimizdəki işğalçı qoşunlarla təmas xəttindən yayındıraraq münaqişəni ”oldu-bitdi" kimi qələmə vermək; üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlətləri münaqişəyə cəlb etmək; sərhəddəki yüksəklikləri ələ keçirməklə Tovuz və Qazax ərazilərindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Böyük İpək yolu və b. beynəlxalq layihələri təhdid etmək; Azərbaycan daxilində çaxnaşma yaratmaq; Ermənistan daxilindəki ağır sosial-iqtisadi və siyasi şəraitdən diqqəti yayındıraraq ümumi düşmənə qarşı yönəltmək istəyi".
M.Qasımlı qeyd etdi ki, Ermənistan bu təcavüzkar niyyətlərinin heç birinə nail ola bilmədi və proseslər Paşinyanın əleyhinə çevrildi: “Azərbaycan döyüş meydanında düşmənin başına ağır zərbə endirdi. Ermənistanın KTMT-i cəlb etmək istəyi boşa çıxdı. ABŞ Konqresində də hər hansı sənəd qəbul etdirmək arzuları İrəvanın ürəyində qaldı. Tovuz döyüşləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də açıq-aydın bir işarə oldu ki, mandatınızı yerinə yetirin! Yəni Azərbaycan dövləti hərbi, diplomatik-siyasi sahələrdə üstün olduğunu göstərdi”.
Deputat bildirdi ki, bütün bu hadisələrlə yanaşı, dünyadakı azərbaycanlıların da hərəkətə gəlməsi yaxşı bir iş oldu: “Azərbaycandan çıxmış tanınmış iş adamları Rusiyada erməni mallarını almaqdan imtina etdilər. Eyni zamanda, diasporamız səfirliklərimizin müdafiəsinə qalxdı. Bütün bunlar millətimizi ümumi düşmənə qarşı birləşdirmək baxımından faydalı oldu. Baş verən qarşıdurmlara gəlincə, xaricdə yaşayan heç bir azərbaycanlının burnunun qanamasını istəmirəm. Lakin qarşıdurma ilk növbədə, uzun illər boyu xarici ölkələrdə təşkilatlanmış ermənilərə qarşı getdikcə güclənən alternativin mövcud olduğunu, qarşıdurma zamanı bəzi azərbaycanlıların xəsarət alması isə erməni vəhşiliyini bütün dünyaya göstərdi. Bütün bunların arxasınca heç şübhəsiz, azərbaycanlıların beynəlxalq informasiya yayımı sahəsində fəaliyyətinə diqqət yetirməsi zərurəti yaranır”.
M.Qasımlı dedi ki, son hadisələr Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətinin davam etdiyini bir daha gündəliyə gətirdi və problemin həlli zərurətini irəli sürdü: “Beləliklə, dövlətimizin ordusu, siyasəti, diplomatiyası, iqtisadiyyatı, millətimizin ictimaiyyəti, diasporu və kütləvi informasiya vasitələri bərabər hərəkət edərək bir-birilərini tamamladılar. Bütün bunlar Azərbaycan millətinin işğal altında olan ərazilərini bütün vasitələrlə azad etməyə hazır olduğunu dünyaya bir daha göstərdi. Ona görə də mən son zamanlarda Tovuz döyüşləri ətrafında baş verən hadisələri dövlətimiz və millətimiz üçün beynəlxalq əhəmiyyət daşıyan və mövqelərimizi gücləndirən olaylar kimi qiymətləndirirəm”.
“Atlas” Araşdırmalar Mərkəsinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, baş verənləri təbii qarşılayır: “Dünyada yaşayan azərbaycanlılar bizim kimi, işğalla barışmırlar, təxribata dözmürlər və bu mövqelərində haqlıdırlar. Erməni separatçıları və onlara dəstək verənlər 50 milyonluq xalqın etirazı ilə üzləşməlidirlər. Onlar anlamalıdırlar ki, işğal onlara baha başa gələcək”.
Ekspert qeyd etdi ki, Dağlıq Qarabağda erməni separatizmi 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi: “O zaman Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cavab verəcəyinə ümidlər var idi. Cavab verilmədi, tam əksinə, SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ətrafındakılar erməni separatizminə açıq rəğbət bəslədilər. Daha sonra erməni separatçılarının silahlanmasına göz yumuldu və azərbaycanlıların yaşadıqları məntəqələrə silahlı hücumlar qeydə alındı. SSRİ-nin dağılmasıyla Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə başladı. Ancaq hətta həmin illərdə belə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla ermənilərin ciddi toqquşmaları qeydə alınmadı. Bu dəfə isə durum fərqlidir. Azərbaycan-Ermənistan sərhəddindəki döyüşlərə dünyanın müxtəlif ölkələrində azərbaycanlılarla ermənilərin qarşıdurması damğasını vurdu. Bəzi ölkələrdə azərbaycanlılar Azərbaycanın səfirliyini ermənilərin hücumlarından qoruyurdusa, digərlərində isə əksinə, ermənilər öz səfirliklərinə sığınmaq məcburiyyətində idilər. İlk dəfəydi ki, səfirliklərimiz soydaşlarımızla birgə mübarizə apardılar. İyulun 12-də sərhəddə azərbaycanlı hərbçilərə hücum və generalımızın şəhid olması xaricdə yaşayan milyonlarla azərbaycanlının da hissiyatına toxunub. Buna baxmayaraq, sərhəddə olduğu kimi xarici ölkələrdə də təxribatı ermənilər törətdi. Ermənilərin Azərbaycanın Los-Ancelesdəki konsulluğu ətrafına toplaşan azərbaycanlılara hücum etməsi, Brüsseldə erməni qrupun azərbaycanlını vəhşicəsinə döyməsi ilə fitil yandı. Əgər sərhəddə toplar, raketlər və pilotsuz uçuş aparatları hədəfləri vururdusa, səfirliklər qarşısında yumruqlar və təpiklər havada uçuşurdu. Azərbaycanlılar Los-Ancelesdəki təxribatın intiqamını Moskvada, Kiyevdə və başqa şəhərlərdə aldılar. Bu, Ermənistan hakimiyyətinə, erməni lobbisinə, Los-Ancelesdə, Brüsseldə və digər şəhərlərdə yaşayan ermənilərə xəbərdarlıq idi ki, yenə azərbaycanlılara qarşı təxribatlara baş vursalar, bu onların özlərinə ziyan vuracaq”.
E.Şahinoğlu hesab edir ki, bundan artığına ehtiyac yoxdur: “Fərqli ölkələrdə erməni təxribatı ilə mübarizəni hüququ müstəvidə davam etdirmək lazımdır. Los-Ancelesdə və Brüsseldə azərbaycanlıara qarşı təxribatlar törədildiyi saatlarda Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirirdi. O müxtəlif ölkələrdəki soydaşlarını təxrıbatlardan çəkindirmək əvəzinə, vəziyyəti daha da gərginləşdirən açıqlama verdi. Ermənistanın baş naziri dedi ki, sərhəddəki döyüşlər fonunda dünyadakı erməni lobbisinin fəaliyyətindən məmnun qalıb. Bu, o demək idi ki, azərbaycanlılara qarşı təxribat əmri elə İrəvandan verilib. Bu, Xocalı soyqırımını planlayan və həyata keçirən düşüncə tərzinin davamıdır. Bundan başqa Paşinyan hakimiyyətə gəldiyi gündən bu yana dəfələrlə söylədiyi tezisləri təkrarladı”.
Ekspert deyir ki, ermənilərin “ASALA” kimi terrorçu təşkilatlarını hərəkətə keçirəcəkləri də istisna deyil: “Onların bu ”sahədə" təcrübələri böyükdür. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diaspora Komitəsinin birgə çalışması və müxtəlif ssenarilərə hazır olması gərəkir. Necə ki, azərbaycanlılar 1905-ci ildə erməni terrorizmi ilə üzləşəndə təşkilatlanmış və təxribatlara qarşılıq vermişdi, bu gün də həmin tarixi dərsi öyrənməyə ehtiyac var".
Qeyd edək ki, Rusiyada daha bir mağazalar şəbəkəsi erməniləri boykot edib. Azərbaycanlı iş adamə Araz Ağalarova məxsus “Tvoy dom” mağazalar şəbəkəsi erməni mallarının qəbuluna nöqtə qoyub. Bundan əvvəl tanınmış azərbaycanlı iş adamları İlham Rəhimov və Qod Nisanovun rəhbərlik etdiyi “Fut siti” şirkətlər şəbəkəsi Ermənistana məxsus meyvə-tərəvələrin qəbulundan imtina etməklə ermənilərə böyük zərbə vurub.
Hesab olunur ki, bundan sonra təxribatların qarşısını almaq, ermənilərin faydasına ola biləcək hadisələrə yol verməmək və dinc şəkildə, soyuqqanlı şəkildə düşmənlərimizin cavabını vermək ən düzgün yoldur. Moskvanın cənub-şərqində ötən gecə azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub. Rusiyanın “TASS” agentliyi xəbər verir ki, kütləvi dava ilə bağlı 13 nəfər saxlanılıb. Davanın iştirakçılarından birinin bıçaq xəsarəti aldığı deyilir...
E.PAŞASOY,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar