Xəbər lenti

 

Sentyabr ayına hələ bir xeyli vaxt qalsada şadlıq evlərinin əksəriyyətində toy etmə üçün yer tapmaq müşkül məsləyə çevrilib. Sifarişlər bir neçə ay öncədən verilib. Bəs gəlin görək vaxtın çox olmasına baxmayaraq niyə sifarişlər bu qədər çoxdur?

Artıq sentyabr ayına indidən şadlıq saraylarında yer qalmayıb. Toy etmək istəyənlər 3 ay öncədən yerləri sifariş veriblər.

Restoran inzibatçılarının sözlərinə görə sentyabr ayında demək olar ki, hər günə toy sifarişi var.

Restoranların bu qədər tez sifariş verilərək tutulmasının isə bir nece səbəbi var.

Hətta inzibatçılar bildirirlərki, əvvəlki illərlə müqayisədə bu il toyların sayı çoxalıb.Əgər iyul avqust aylarında keçən il toy üçün 5-10 dənə sifariş olurdusa bu ilin analoji dövrü ilə müqayisədə bu bir xeyli artıb.

Sifarişlərin çox olması isə qiymətlərə təsir etməyib.Şadlıq evlərindən bildiriblər ki, tələbin çox olmasına baxmayaraq onlar qiymətlərdə artım olmasına imkan verməyiblər.Hətta bəzi restoran menyulərində 5-10 manata kimi, ucuzlaşma da var.




Ana səhifəyə qayıt        Baxış: 1 111          Tarix: 18-06-2017, 21:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma