Xəbər lenti

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı mayın 19-dan 25-dək 7 ədəd və ya 0,78% artaraq 908-ə çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd və yaxud 0,28% artaraq 722 ədəd, qaz quyularının sayı 5 ədəd və yaxud 2,78% artaraq 185 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1-ə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 406 və yaxud 128%, qaz quyularının sayı isə 98 ədəd və ya 112,6%, ümumilikdə isə neft-qaz quyularının sayı 504 ədəd və yaxud 124,8% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,28 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 55,1% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barelə qədər yaxınlaşması ABŞ-da aktiv neft quyularının sayında artımı səngidə bilər.Bu isə öz növbəsində hasilatın sabitləşməsinə gətirib çıxaracaq".

 




Ana səhifəyə qayıt        Baxış: 943          Tarix: 29-05-2017, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma