Xəbər lenti
Bu gün, 12:08
Bu gün, 09:52
Dünən, 16:00
12-02-2026, 19:03
12-02-2026, 18:21
12-02-2026, 14:34
12-02-2026, 10:23
11-02-2026, 18:10
11-02-2026, 17:50
11-02-2026, 16:15
11-02-2026, 13:59
11-02-2026, 11:23
11-02-2026, 10:30
11-02-2026, 09:54
10-02-2026, 19:09
10-02-2026, 18:11
2017-ci ilin birinci rübündə Bakıda mənzillərin orta qiyməti ikinci mənzil bazarında əvvəlki rüb ilə müqayisədə 2,3 faiz (1 kvadrat metr üçün 1030 dollara qədər) ucuzlaşıb.Ovqat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.
Məlumata əsasən, ekonom-klass mənzillərin qiyməti ikinci mənzil bazarında 3 faiz ucuzlaşıb (1 kvadrat metr üçün 818 dollara qədər), komfort və biznes klass üçün, əksinə, cüzi bahalaşıb. Beləliklə, komfort-klass mənzillərin qiyməti 1 kvadrat metr üçün 1417 dollara (rüb ərzində 0,35 faiz artıb), biznes-klass mənzillərin isə 1 kvadrat metr üçün 2231 dollara çatıb (rüb ərzində 1,38 faiz artıb).
Cəmi yanvar-mart aylarında satışa 7,39 min mənzil satışa qoyulub və bu 2016-ci ilin dördüncü rübündən 4,41 faiz azdır. Satışa çıxarılan mənzillərin sayının azalmasına baxmayaraq onların alqı-satqısı üzrə əqdlərinin həcmi rüb ərzində cüzi artıb (2,45 faiz, 2534 əqdə qədər).
Bakının ikinci mənzil bazarında satışa çıxarılan mənzillərin, siniflər üzrə müqayisəli cədvəli (2017-ci ilin I rübü 2016-cı ilin IV rübü ilə müqayisədə)
Mənzillərin sinifləri | Təkliflərin sayı | Dəyişikliklər (%) | İkinci bazarda pay (%) |
Ekonom-klass | 5 320 | +1,78 | 72 |
Komfort-klass | 1 551 | -0,76 | 21 |
Biznes-klass | 519 | -1 | 7 |
Cəmi | 7 390 | -4,41 | 100 |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























