Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Sentyabrın 27-dən başlayaraq gedən döyüşlərdə Ermənistanın 2 milyard dollarlıq hərbi silah-sursatı sıradan çıxarılıb.
Modern.az xəbər verir ki, bunu ötən gün Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, iki həftə ərzində düşmənin 200-dən çox tankı məhv edilib, 33 tank qənimət kimi götürülüb, 2 ədəd S-300 qurğusu məhv edilib: “Qiymətini hər kəs bilir. 35 ədəd hava hücumundan müdafiə sistemi olan OSA, TOR, KUB, KRUQ, karqo maşınları, tank əleyhinə silahlar məhv edildi. Ancaq məhv edilən və qənimət götürülənlər 2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan bu pulu hardan tapdı? Sən bunu pulla aldın? Xeyr, sənə bunu verdilər. Kim verdi, bunu hər kəs bilir və verirlər, davam edir. Tovuz rayonunda iyulun 16-da döyüşlər dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silahlar daşımağa başladı.
Ermənistanın pul ehtiyatı 1,5 milyard dollardır, vəssalam, onun başqa pulu yoxdur. Xarici dövlət borcu təxminən 8 milyard dollardır. Yəni bu ölkə iflas edib. Hardandır bu qədər silah? Bu, hələ məhv edilənlərdir, hələ nə qədəri məhv ediləcək. Əgər savaş davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik. Onlar nə qədər tez dayansalar, o qədər tank, top qoruya bilərlər. Rusiyanın Ermənistanda hərbi bazası var, orada 5 min əsgər var. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yox. Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir. Azərabycan sərhəddində Türkiyə sərhədçiləri var? Yox. Ona görə qoy bizi heç kim ittiham etməsin. Necə deyərlər, açarıq sandığı, tökərik pambığı”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar