“Rejim tərəfindən Bahar Qalxanı Əməliyyatı sahəsindəki əsgərlərimizə açılmış atəş nəticəsində 2 qəhrəman silahdaşımız şəhid oldu, 6 qəhrəman silahlımız isə yaralandı. Bölgədə təyin olunan hədəflər dərhal atəşə tutuldu. Hədəflərin vurulması davam edir”.
Ovqat.com xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlamada belə deyilir.
Açıqlamada o da vurğulanır ki, əməliyyat başlayandan bəri Bəşər Əsəd rejiminin 3 təyyarəsi, 8 vertolyotu, 3 PUA-sı, 151 tankı, 47 top / howitzeri, 52 playderi, 8 hava hücumundan müdafiə sistemi, 12 tank əleyhinə raket qurğusu, 4 minaatanı, 24 zirehli maşını, 27 zirehli döyüş maşını, 34 silahlı pikapı, 60 hərbi maşını və 10 döyüş sursatı anbarı məhv edilmiş və 3138 Suriya əsgəri zərərsizləşdirilmişdir.
Paylaş: