Xəbər lenti
 
Astara sakini narkotik vasitənin təsirindən ölüb.
"Report"un Cənub bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gəncin avtoyuma məntəqəsində işlədiyi bildirilir. Onun meyiti iş yerinin yaxınlığında aşkar olunub. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin olaraq ölümün səbəbi ürək tutması kimi qiymətləndirilib.
Fakt Astara Rayon Prokurorluğu tərəfindən araşdırılır.



Ana səhifəyə qayıt        Baxış: 917          Tarix: 27-06-2017, 00:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma