Xəbər lenti

 Astara rayon sakini atasını bıçaqlayıb.

Ovqat.com "Report"-a istinadən xəbər verir ki, hadisə Astara şəhəri Nizami küçəsində Dadaşov Fərhad Xəlil oğlunun yaşadığı evdə baş verib.Yaxınlarının deməsinə görə 76 yaşlı F.Xəlilovun oğlu ondan pensiya kartını tələb edib. Lakin, istədiyini əldə edə bilməyəndə atasını döyüb, onun sifət və baş nahiyələrinə zərbələr endirib, onun qarnının ön divarına nüfuz edən bıçaq zərbəsi yetirib.

Atasını bıçaqlayan oğulun əvvəllər məhkumluq həyatı yaşadığı, spirtli içki və narkotik vasitələrin istifadəçisi olduğu, buna oxşar hadisələrin bundan əvvəl də baş verdiyi söylənilir.

Yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ilkin tibbi müdaxilə olunub. Sonradan əlavə müayinə olunmasından ötrü təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Atasına bıçaq xəsarəti yetirən Xəlil Dadaşov saxlanılıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 1 201          Tarix: 8-05-2017, 22:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma