Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiya hərbi sənaye kompleksi Türkiyənin “Bayraktar TB2” silahlı dronlarının “qatil”ini kəşf edib və hətta onu satışa belə çıxarıb.
Ovqat.com xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyinə Rusiyanın müdafiə-sənaye kompleksindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, "Orion-e" adlanan pilotsuz uçuş aparatının ilk potensial müştəriləri də peyda olub. Onlar “Bayraktar TB2”-nin “qatilini” almaq üçün sıraya düzülüblər. Amma nədənsə "Orion-e" dronunu almaq üçün Rusiyaya müraciət edən həmin müştərilərin konkret adı çəkilmir. Yəqin, əsas müştəri rus silahlarının müftə sınaq siçovulu kimi ad qazanan Ermənistan olacaq.
Heç kim öz ayranına turş demədiyi kimi Rusiyanın müdafiə-sənaye komplektinin adı çəkilməyən nümayəndəsi də "Orion-e"-nin üstün xüsusiyyətlərindən danışıb. Onun sözlərinə görə, bu dronun 3 önəmli özəlliyi var: münasib qiymət – keyfiyyət – intellektual bort. “Rusiyanın zərb alətləri 'Orion-e' beynəlxalq silah bazarına ən yaxşı təkliflərdən biri olacaq və Türkiyənin "Bayraktar" kimi rəqiblərinin “qatil”inə çevriləcək” - deyə mənbə öz dronlarına arxayındır.
Görünür, Rusiya hərbi sənaye kompleksinin bu nümayəndəsi unudur ki, bütün silahlar kimi, Türkiyənin “Bayraktar TB2” dronları davamlı təkmilləşmə prosesindən keçir. Hər hansı müharibədə bir dəfə istifadə olunandan sonra həmin silahlar eyni vəziyyətdə saxlanılmır, yeniləşdirilmiş xüsusiyyətləri ilə növbəti döyüş meydanına çıxarılır. Rusiyanın “Bayraktar TB2 qatili” adlandırdığı "Orion-e"-ləri də növbəti döyüşlərdə xəyal qırıqlığına uğraya bilərlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar