Xəbər lenti

 Çinin iki çoxfunksiyalı “J10” hərbi təyyarəsi Honkonqun hava məkanından 240 km cənub-şərqdə ABŞ-ın “P-3 Orion” patrul təyyarəsinə 30 metrə qədər yaxınlaşıb
 Çin Müdafiə Nazirliyi növbəti dəfə ABŞ Hərbi Hava və Hərbi Dəniz qüvvələrini Cənubi Çin dənizində Çinin suverenliyi və təhlükəsizliyinə təhlükə yaradan təxribat xarakterli fəaliyyətlərini dayandırmağa çağırıb. RİA Novosti-nin verdiyi məlumata görə, Çin Müdafiə Nazirliyi Çin Silahlı Qüvvələrinin ölkənin suverenliyi və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcəyini bəyan edib. Bundan əvvəl ABŞ KİV-ləri yazıb ki, mayın 25-də Çinin iki çoxfunksiyalı “J10” hərbi təyyarəsi Honkonqun hava məkanından 240 km cənub-şərqdə ABŞ-ın “P-3 Orion” patrul təyyarəsinə 30 metrə qədər yaxınlaşıb. 




Ana səhifəyə qayıt        Baxış: 837          Tarix: 28-05-2017, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma