Xəbər lenti

 
Türkiyə pilotsuz hücum təyyarələrini yenidən nümayiş etdirməyə qərar verib - bu dəfə Donbassda”.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Avia.pro nəşri bu iddia ilə çıxış edib.
 
Məlumata görə, Ankara Donbassı rus işğalından azad azad etmək üçün “Bayraktar TB2” dronlarını Ukraynaya real bazar qiymətindən 16 dəfə ucuz satacaq. ““Bayraktar TB2” kompleksinin real bazar qiyməti 50-60 milyon dollar olaraq dəyərləndirilir. Türkiyə isə Ukraynaya həmin dronları 3.4 milyon dollara satmaq qərarına gəlib”. 
 
Rusiyalı ekspertlər bu qərarı yalnız bir amillə əsaslandırırlar: Ankara öz silahlarının qabiliyyətini Ukraynada da ortaya qoyaraq bundan reklam kimi faydalanmaq istəyir.
 
“Donbassda Türkiyə istehsalı olan hücum dronlarının  istifadəsi Türk silahları üçün inanılmaz bir reklam olacaq - DPR və LPR-də xidmətdə olan müasir hava hücumundan müdafiə sistemlərinin olmamasını nəzərə alsaq, Türk pilotsuz təyyarələri tanınmamış “respublika”ların silahlı qüvvələrini məğlub edə bilər. Çox güman ki, Ankara üçün bu, Türk silahlarının Donbassdakı uzunmüddətli qarşıdurmaya necə son verdiyini nümayiş etdirmək üçün təsirli bir cəhd olacaq”, - deyə nəşr vurğulayır.
 
Bildirilir ki, hazırda Ukraynanın 6 “Bayraktar TB2” kompleksi var. İki dövlət arasında əldə olunan razılaşmaya əsasən, Türkiyə Ukraynaya daha 6 hücum dronu satacaq. Ekspertlər 12 “Bayraktar TB2” kompleksi ilə Kiyevin Donbass və Luqanski separatçılarının öhdəsindən rahatlıqla gələ biləcəyini düşünürlər. Təbii ki, Rusiya proseslərə müdaxilə etməsə. Rus müdaxiləsi isə NATO qüvvələrinin prosesə qoşulmasını tətikləyə bilər. Bu da Ukraynanın böyük hərbi hesablaşmalar meydanına çevrilməsi anlamına gəlir. 
 
Rus hərbi ekspert Aleksey Leonkovun bir müddət əvvəl öz Telegram səhifəsində paylaşdığı proqnoz da bu ehtimalı qüvvətləndirir. Ekspert mart ayında ABŞ-ın NATO müttəfiqləri ilə birlikdə Donbassa qarşı genişmiqyaslı təxribata başlaya biləcəyini, münaqişənin qızışması ilə Şimali Atlantika Alyansının Ukrayna, Moldova və Gürcüstan ərazilərinə girmə ehtimalının istisna edilmədiyini bildirmişdi.
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 936          Tarix: 21-02-2021, 07:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma