Bakıda temperatur 39, bölgələrdə 43 dərəcyə yüksələcək.
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ovqat.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək.
Xəbərdarlıq
İyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-37°, bəzi yerlərdə isə 39° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıq
İyulun 3-dən 6-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Xəbərdarlıq
İyulun 3-dən 7-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33° isti olacağı gözlənilir.
Paylaş: