Xəbər lenti
Bu gün, 19:03
Bu gün, 12:08
Bu gün, 09:52
Dünən, 16:00
12-02-2026, 19:03
12-02-2026, 18:21
12-02-2026, 14:34
12-02-2026, 10:23
11-02-2026, 18:10
11-02-2026, 17:50
11-02-2026, 16:15
11-02-2026, 13:59
11-02-2026, 11:23
11-02-2026, 10:30

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, havanın temperaturunun gecə 20-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























