Xəbər lenti


 Cəmiyyətdə autizmlə bağlı daha geniş maarifləndirmənin aparılması, o cümlədən autizmli insanların həyat və fəaliyyətinin yaxşılaşdırılmasına kömək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir.

Ovqat.com Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində Beynəlxalq Autizm Maarifləndirmə ayı ilə əlaqədar 12 aprel 2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında toplantı keçirilmişdir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası, Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi (UPSİM), "Birgə və Sağlam" İctimai Birliyi və "Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən II Azərbaycan Autizm Panelində stiqma, məlumat çatışmazlığı kimi problemlərdən söz açıldı.

 Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov problemin uşaqların sağlamlığına təsirindən danışdı. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı autizm probleminin həlli çərçivəsində görülən işləri xatırladaraq, Milli Məclisdə mövzu ilə əlaqədar aparılan müzakirələr barədə məlumat verdi. 

 Tədbirdə “Autizmin diaqnostik meyarları” və “Uşaq inkişafi və onun qiymətləndirilməsi” mövzuları ətrafında edilən çıxışlar maraqla qarşılandı.

. Tədbirin ikinci hissəsində “Autizmlə yanaşı sıx rastlanan epileptik sindromlar və bu uşaqlarda elektroensefaloqrammanın xüsusiyyətləri barədə” məlumatlar verildi. Tədbir çərçivəsində digər çıxışlar da dinlənildi.

 






Ana səhifəyə qayıt        Baxış: 1 084          Tarix: 14-04-2017, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma