Xəbər lenti
 
Bu günlərdə tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 132-134 nömrəli Təhsil Kompleksində “Sağlam qidalanma” mövzusunda seminar keçirildi. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda belə deyilir.
 
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinə əsasən keçirilmiş təlim məktəblilərin sağlam qidalanmaya dair biliklərinin artırılmasına yönəlmişdi.
 
Təlimdə İSİM-in əməkdaşı məktəbin yuxarı sinif şagirdlərinə və müəllim heyətinə sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda təqdimat edib. Sağlam qidalanmanın balanslı bölünmüş zülal, karbohidrat, yağ, su, vitaminlər və minerallarla zəngin müxtəlif qida maddələrindən ibarət olduğunu qeyd olunub. Sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyini vurğulayan mütəxəssis sağlam qidalanma ilə yanaşı sağlamlıq üçün fiziki aktivliyin əhəmiyyət kəsb etdiyini, bu fiziki aktivliyin də davamlı və planlaşdırılmış formada həyata keçiriləməsinin lazımlı olduğunu bildirib. Məktəblilərin böyük marağına səbəb olan təqdimatda sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması barədə məlumat verdikdən sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
 
Daha sonra İSİM-in digər mütəxəssisi “Enerji balansı və enerji sərfi” mövzusunda təqdimat ilə çıxış edib. Məktəblilərə qəbul etdikləri gündəlik qidaların enerji balansından və hansı qida məhsullarının onların sağlamlığı üçün faydalı olmasından bəhs edilib. Bildirilib ki, insanların sağlam qidalanmadıqları təqdirdə mübadilə proseslərinin pozulması hallarının baş verdiyini, bunun nəticəsində yaranan və ictimai sağlamlığa təhlükə sayılan piylənmə hallarını gətirib çıxara bilər.
 
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı İSİM ilə birlikdə əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirilən işlər haqqında şagirdləri məlumatlandırıb və bu kimi silsilə tədbirlərin gələcəkdə də davam edəcəyini qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 1 587          Tarix: 1-04-2017, 17:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma