Xəbər lenti

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, həlak olmuş rus əsgərlərinin cəsədlərinin təxliyyəsi üçün Ukrayna Silahlı Qüvvələri Fastiv, Odesa-Zastava, Podilsk, Merefa və Zaporojya stansiyalarına soyuducu sistemilə təchiz edilmiş 20 vaqon göndərib.

Məlumatda qeyd olunur ki, bir soyuduculu vaqonun yükgötürmə qabiliyyəti 50 tondur, bu da indiyə qədər məhv edilmiş rus əsgərlərinin daşınmasına tam imkan verir. Bu vaqonların artıq stansiyalara çatdığı, rus əsgərlərinin cəsədlərinin yüklənməsini gözlədiyi bildirilir.

Eyni zamanda qeyd olunur ki, cəsədləri daşıyan qatarlar sanitar vəziyyətə uyğun olaraq yaşayış məntəqələrindən mümkün qədər uzaq məsafədə hərəkət edəcəklər. Bu vaqonlarla yalnız Rusiya ordusunun həlak omuş əsgərlərinin təxliyyəsi nəzərdə tutulub.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin son məlumatlarına əsasən, indiyə qədər məhv edilmiş rus əsgərlərinin ümumi sayı 9 min nəfərdir.



Ana səhifəyə qayıt        Baxış: 4 465          Tarix: 3-03-2022, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma