Xəbər lenti

Separatçılar, həmçinin Rusiya qoşunları Ukraynanın şərqində işğal edilmiş ərazilərdə, xüsusi halda Donetskdə təxliyyə üzrə təlimlər keçirirlər.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda “5 kanal”ın efirində Ukrayna Müdafiə Nazirliyinin anti-terror məsələləri üzrə nümayəndəsi Andrey Lısenko bildirdi.

“Donetskdə döyüşçülərin komanda heyəti avtobuslarla təxliyyə üzrə təlimlər keçirirlər. Artıq separatçıların başçıları, həmçinin rusların ailələrinin təxliyyəsi üzrə marşrutlar hazırlanıb”, - o deyib.

Lısenko vurğulayıb ki, beləliklə, döyüşçülər Donbasdan tezliklər qaçacaqlar və işğal edilmiş ərazilər Ukrayna ordusunun müdaxiləsi olmadan azad ediləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 790          Tarix: 6-07-2017, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma