Xəbər lenti

 Sabirabadda yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb. Həmin kənd sakinlərinin idarə etdiyi minik vasitələri toqquşub. 37 yaşlı Vüsal Abdullayev motosikletlə hərəkətdə olarkən 34 yaşlı Emil Dövlətovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 4 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Ağır yaralanan motosikletin sürücüsü əməliyyat zamanı dünyasını dəyişib. Yaralılardan 3-ü həmin kənd sakinləri Ramin Əliyev, Rəşad Əliyev və Tural Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 102          Tarix: 11-07-2017, 21:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma