Xəbər lenti

  Azərbaycanlı tələbələr az vaxt və az zəhmət sərf etməklə yüksək məhsuldarlıq verən ağıllı istixana sistemi hazırlayıblar.

Xəzər xəbər-in məlumatına görə, indiyə qədər ən müasir istixanalarda belə əl əməyindən istifadə edilirdisə, bu layihəyə görə artıq hər işi ən müasir texnologiyalar görəcək. Yəni istixanaya getmədən də, telefonunuza yüklənən proqramla istixananı idarə edə biləcəksiniz. Təsərrüfat sahibinə qalan isə məhsul hazır olanda gedib onu dərmək olacaq. Tələbələrimizin uğurlu layihəsi ilə daha ətraflı tanış olun.

İstixanan var, amma ora heç getmirsən. Sənin əvəzinə bitkilərə ancaq müasir texnologiyalar nəzarət və qulluq edir. Evində oturaraq mobil telefona yüklənmiş proqramla istixananı idarə edirsən.

Xəyal kimi görünən layihəni Neft və Sənaye Universitetinin tələbələri hazırlayıblar.

Təsərrüfatlarda və istixanalarda müasir texnologiyalardan istifadə etməklə tərəvəzlərin və güllərin yetişdirilməsinə sərf olunan zamanı və zəhməti azaltmaq mümkün olacaq.

Ağıllı istixanalar yetişdirilən məhsulun keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, məhsulun maya dəyərini aşağı salır və istehsalçının işini bir çox yöndə yüngülləşdirir.

Tələbələr artıq bütün texniki detalları labaratoriya şəraitində testdən keçiriblər.

İndi tələbələr ağıllı istixana sistemindən yararlanmaq istəyən investorların yolunu gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 837          Tarix: 14-07-2017, 23:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma