Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsinin əməkdaşları, doktorantlar Aytən Məhərrəmova və Anar Nuriyevin “Məsafədən zondlama və peyk sistemlərinin hidrometeoroloji tədqiqatlarda tətbiq sahələri” metodik vəsaiti çapdan çıxıb.
Metodik vəsaitdə geostasionar və qütb peyk sistemləri, müasir hidrometeoroloji tədqiqatların həyata keçirilməsində istifadə edilən müşahidə sistemləri haqqında ətraflı məlumatlar verilir. Eyni zamanda, nəşrdə məsafədən zondlama tədqiqatlarının hidrometeoroloji tədqiqatlarda istifadəsi işıqlandırılıb, müasir metodların tətbiqində Coğrafi İnformasiya Sistemlərinin rolu və əhəmiyyəti əksini tapıb.
Avropa İttifaqının TEMPUS – SESREMO layihəsi çərçivəsində maliyyələşdirilən metodik vəsait ali təhsil müəssisələrinın tələbələri və mütəxəssislər üçün nəzərdə tutulub.
Ovqat.com
Paylaş: