Xəbər lenti

 Konqo Demokratik Respublikasında sərnişin gəmisi qəzaya uğrayıb.

 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-qərbindəki Kasai çayında qeydə alınıb.

 İlkin məlumata əsasən, qəza nəticəsində 27 nəfər ölüb, 54 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti tətilə yollanan tələbələr olub. Ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi və yaxud gəminin kapitanının sərxoş vəziyyətdə olması səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 1 186          Tarix: 16-07-2017, 21:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma