Xəbər lenti

Yerli vaxtla saat 20:38-də Naxçıvan stansiyasında 89 km cənub-qərbdə, İranın Xoy şəhərində növbəti zəlzələ qeydə alınıb, zəlzələ sərhəddə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.    

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təbii hadisə 4,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.




Ana səhifəyə qayıt        Baxış: 3 262          Tarix: 29-01-2023, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma