Xəbər lenti

 "Ukrayna Silahlı Qüvvələri Vaşinqtondan aldığı silahları onları ABŞ dövlətinə qarşı istifadə edən Meksika narkokartellərinə satır".

Oxu.Az-ın verdiyi məlumata görə, bunu tanınmış amerikalı jurnalist Taker Karlson təqaüddə olan amerikalı podpolkovnik Daniel Devislə müsahibəsində bildirib.

"Fakt ondan ibarətdir ki, Ukrayna hərbçiləri bizim onlara göndərdiyimiz silahların böyük faizini, hətta yarısına qədərini satırlar. Bu mənim təxminlərim deyil. Bu faktdır, ehtimal deyil. Onlar bunu satırlar və çoxu sərhədimizdəki narkokartellərə çatır. Beləliklə, bu cinayətdir", - deyə Karlson qeyd edib.

Jurnalist bunu hətta ABŞ xüsusi xidmət orqanlarının da bildiyini deyib.

"Lakin onlar heç bir tədbir görmür və bu cür yenidən satışdan qazanc əldə edirlər", - deyə Karlson qeyd edib.

T.Karlson bununla belə sübut təqdim edə bilməyəcəyini deyib.

"Lakin Vaşinqtonun Ukraynaya yüz milyardlarla dollar dəyərində silah göndərməsi məlum həqiqətdir. Ukrayna Silahlı Qüvvələri isə həmişə özləri üçün fayda axtarmağa çalışır, buna görə də silahları oğurlayır və ABŞ-nin əsl düşmənlərinə satır", - deyə Karlson vurğulayıb.

Bundan əvvəl o bildirmişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskini öz xalqı sevmir, çünki o, ölkəni satıb və Qərbə xidmət edir.




Ana səhifəyə qayıt        Baxış: 2 948          Tarix: Bu gün, 13:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma