Xəbər lenti
2017-ci ilin yanvar-fevral aylarında ölkədə 11070 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,1 təşkil edib.
 
Ovqat.com bildirir ki, Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olubr.
 
2017-ci ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 306 nəfər gələn və 198 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 108 nəfər təşkil edib.
 
Mirmahmud KAZIMOĞLU  



Ana səhifəyə qayıt        Baxış: 1 326          Tarix: 17-04-2017, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma