Xəbər lenti
 

Baş verən bədbəxt hadisələr zamanı 45 nəfər həlak olub, 17 nəfər isə itkin düşüb

 2016-cı il ərzində Azərbaycanda müəssisə və təşkilatlarda istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 95 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Ağamirov bildirib. 

O, qeyd edib ki, baş verən bədbəxt hadisələr zamanı 45 nəfər həlak olub, 17 nəfər isə itkin düşüb: “Bədbəxt hadisələr daha çox neft-qaz (37 nəfər), kommunal (10 nəfər), aviasiya, energetika və müdafiə (hər birində 6 nəfər), dəmiryol və metropoliten (hər birində 5 nəfər) sahələrində qeydə alınıb”. N. Ağamirov bildirib ki, hadisələr zamanı dəyən zərər zərərçəkənlərə sığorta şirkətləri tərəfindən ödənilir. Çünki istehsalatda baş vermiş bədbəxt hadisələrə görə cavabdehliyi işəgötürən daşıyır.






Ana səhifəyə qayıt        Baxış: 1 098          Tarix: 4-04-2017, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma