Xəbər lenti

Laçın rayonunun Bəylik yaşayış məntəqəsində abadlıq, quruculuq, bərpa və yenidənqurma işlərinə başlanılır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.

Qeyd edilib ki, yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub.

Eyni zamanda, yaşayış məntəqəsinin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sözügedən işlərin 36,1 milyon manata başa gələcəyini ehtimal edir.




Ana səhifəyə qayıt        Baxış: 2 690          Tarix: 29-05-2024, 09:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma