Xəbər lenti

Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

President.az-ın xəbərinə görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarını və "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilsin".





Ana səhifəyə qayıt        Baxış: 4 393          Tarix: 28-06-2024, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma