Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı milli abidənin önünə əklil qoyub.

Sonra "Fatihə" surəsi oxunub.

Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il mayın 23-də açılışı olub.




Ana səhifəyə qayıt        Baxış: 3 115          Tarix: 11-07-2024, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma