Xəbər lenti

Yekaterinburqdakı Azərbaycan diasporunun axtarışda olan rəhbəri Şahin Şıxlinski Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə yerli E1 resursu məlumat yayıb.

Məlumata görə, o artıq paytaxtdan Yekaterinburqa gətirilib.

Qeyd edək ki, Şıxlinski əvvəllər Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılsa da, daha sonra dindirildikdən sonra sərbəst buraxılıb. Bir müddət sonra Azərbaycan diasporunun rəhbəri Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.




Ana səhifəyə qayıt        Baxış: 26          Tarix: Dünən, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma