Ötən gün erməni sərhədçiləri tərəfindən azərbaycanəsilli sürücünün döyülüb öldürülməsi haqqında sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, hadisə "Nordoz" keçid məntəqəsinin sərhədində avtoparkda baş verib.
İranın Xoy (Cənubi Azərbaycan) şəhərindən olan sürücü erməni mühafizəçiləri tərəfindən milli mənsubiyyətinə görə döyülüb. Hadisəyə səbəb Ermənistan tərəfinin İran vətəndaşlarının sərhəd zonasını keçməsinə icazə verməməsi, azərbaycanəsilli sürücüləri sıxışdırıb və yalnız erməni sürücüləri buraxması olub.
İran mediası yazır ki, Amid Quluzadə adlı sürücü ilə bağlı insidentdən sonra İranın Ermənistandakı Baş Konsulluğu polisə rəsmi şikayət göndərərək, araşdırma aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
"Xoşbəxtlikdən döyülən sürücünün vəziyyəti yaxşıdır, o, evə buraxılıb. Ermənistan polisinə şikayət edilib, iş araşdırılır", - deyə İranın Qafandakı baş konsulu Morteza Abedin Varam bildirib.
Paylaş: