Xəbər lenti

"Livan Respublikasının yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livana səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur".

Ovqat.com xəbər verir ki, bu məlumat Xarici İşlər Nazirliyinin yaydığı xəbərdarlıqda yer alır.

Bildirilib ki, eyni zamanda, hal-hazırda Livanda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur.




Ana səhifəyə qayıt        Baxış: 3 009          Tarix: 3-08-2024, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma