Xəbər lenti

 

Türkiyənin Hatay vilayətində evlərinin eyvanından yıxıldıqdan sonra ölən 17 yaşlı Kübra Nur Coşkunun bağışlanan orqanları 6 xəstəni həyata qaytarıb.

Həkim olmaq xəyalları quran Kübra Nur Coşkun bunu bacarmasa da 6 xəstənin sağlamlığına qovuşmasında səbəbkar olub.

28 iyul günü ailəsiylə birlikdə yaşadığı evlərinin eyvanından yıxılaraq ağır yaralanan 17 yaşlı Kübra Nur Coşkun xəstəxanaya çatdırılıb.

Vəziyyəti ağır olan qızın beyin ölümü keçirdiyi açıqlanandan sonra ailəsi qızlarının orqanlarını bağışlama qərar verib. Kübra Nur Coşkunun götürülən böyrəkləri, qaraciyəri, göz qişası və ağciyəri orqan nəqli gözləyən 6 adama ümid olub./milli.az




Ana səhifəyə qayıt        Baxış: 1 312          Tarix: 7-08-2017, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma