Xəbər lenti

 Gəncənin Cavadxan qəsəbəsində bir nəfər bədbəxt hadisə nəticəsində həyatını itirib.

"Report"un məlumatına görə, 54 yaşlı Quliyev Vaqif Həmzə oğlu ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Həkimlər tərəfindən müdaxilə olunan zaman onun öldüyü məlum olub.

Yaxınlarının dediyinə görə, kişi fərdi yaşayış evinin eyvanından yıxılaraq başından ağır xəsarət alıb.

Fakt araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 10-06-2017, 08:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma