Xəbər lenti

 

Londonun şimal-qərbindəki Uilsdon səmtində polis antiterror əməliyyatı keçirib.

Terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub.

Ovqat.com The Guardian-a istinadən bildirir ki, tutulanlar arasında 20 yaşlı qız, 16 yaşlı yeniyetmə oğlan və 43 yaşlı qadın var.

London polisinin (Skotlənd Yard) yaydığı rəsmi məlumatda bildirilir ki, şübhəli şəxslər tutularkən atışma olub. Bu zaman şübhəlilərdən 20 yaşlı qız yaralanıb.

Hazırda o, Harlesden Road səmtindəki xəstəxanaya yerləşdirilib. Yaralanmış qızın vəziyyəti ağır olsa da, stabildir.

 




Ana səhifəyə qayıt        Baxış: 628          Tarix: 28-04-2017, 11:54      


Paylaş: