Xəbər lenti

Türkiyənin Tunceli şəhərində hərbi maşının xəndəyə yuvarlanması nəticəsində baş verən qəzada 4 əsgər (Ömər Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı və Doğan Kızılateş) şəhid olub. Çavuş Muhammet Koyuncu isə yaralanıb. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Qeyd olunub ki, qəza Tuncelinin Ovacık rayonunun Kuşluca ilə Bilgeç kəndləri arasında baş verib.

Məlumata görə, 62 JAA 408 dövlət nömrə nişanlı zirehli avtomobil müəyyən olunmayan səbəbdən xəndəyə yuvarlanıb. Qəzada 3 əsgər hadisə yerində həlak olub, 2 əsgər isə ağır yaralanıb.

Yaralı hərbçilər ilk tibbi müdaxilənin ardından vertolyotla Elazığ Fırat Universiteti Xəstəxanasına aparılıb. Edilən bütün müdaxilələrə baxmayaraq, yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza ilə bağlı araşdırmalar davam edir.




Ana səhifəyə qayıt        Baxış: 2 107          Tarix: 8-09-2024, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma