Xəbər lenti

Gəncədə partlayış olub. 
Hadisə mərkəzi bazarın yaxınlığında Əttarlar küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, Xaləddin Sarıyevə məxsus, qutab bişirilən obyektdə qaz balonu partlayıb.
Nəticədə obyektin sahibi və orada işləyən 52 yaşlı Raya Əsgərova yanıq xəsarəti alıb. Onlar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xaləddin Sarıyevin vəziyyəti normal qiymətləndirilir, qadının xəsarəti isə ağırdır. 
Hadisənin səbəbləri araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 9-08-2017, 18:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma