Xəbər lenti

 Gəncə şəhər sakini Daşkəsən rayonunda yanıq xəsarətləri alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Qurbanov Xaliq Azər oğlu 2-3-cü dərəcəli yanığı xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Daşkəsən rayonuna istirahətə gedən X. Qurbanovun kabab bişirən zaman yanıq xəsarətləri aldığı bildirilir.

 Onun vəziyyətinin orta ağır olduğu bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 110          Tarix: 26-06-2017, 19:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma