Xəbər lenti

 Cənubi Koreyanın paytaxtında “Yonsey” universitetində partlayış baş verib.

 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.

 İlkin məlumata görə, professor bağlamanı açarkən partlayış baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan universitet əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir.

 Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri araşdırılır. 




Ana səhifəyə qayıt        Baxış: 755          Tarix: 13-06-2017, 07:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma