Xəbər lenti

 

ABŞ-ın Florida ştatında, Atlantik okeanının mənzərəli sahilində qeyri-adi malikanə yerləşir. İki üçbucaq formasında tikilən ev sərt yamacı xatırladır.

Ovqat.com Azərtac-a istinadla bildirir ki, 3 mərtəbəli malikanə memar Uilyam Morqan tərəfindən 1972-ci ildə inşa olunub, lakin son illərdə xeyli dəyişikliklərə məruz qalıb. Sahəsi 167 kvadratmetr və mürəkkəb dizayna malik evdə açıq rənglər üstünlük təşkil edir. Burada mebellər də kifayət qədər azdır.

Malikanə 1,75 milyon dollara satışa çıxarılıb.




Ana səhifəyə qayıt        Baxış: 830          Tarix: 12-08-2017, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma