Xəbər lenti

 

ABŞ Prezidenti Donald Trampın uşaqlıqda yaşadığı ev kirayəyə verilir.

Azərtac xəbər verir ki, Donald Trampın uşaqlıq illərini keçirdiyi ev daşınmaz əmlak saytlarının birində kirayəyə verilir. Günü 750 dollara təklif edilən ikimərtəbəli evdə 5 yataq, 3 vanna otağı var. Elanda bildirilir ki, bu ev Donald Trampın atası Fred tərəfindən tikilib.

“Assoşeyted Press” xəbər verir ki, Paramount Realty USA şirkətinin nümayəndəsi elanın həqiqi olduğunu təsdiqləyib. Şirkət həmin evi bu ilin martında 2,14 milyon dollara satmışdı.

Elana görə, eyni zamanda 20 nəfərin yaşaya biləcəyi ev Nyu Yorkda yerləşir




Ana səhifəyə qayıt        Baxış: 752          Tarix: 10-08-2017, 08:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma