Xəbər lenti

Musavat.com xəbər verir ki,  Rusiya XİN rəhbəri Sergey Lavrov İsrailin Dohaya endirdiyi zərbələri beynəlxalq hüququn pozulması, suveren dövlətin ərazi bütövlüyünə qəsd kimi dəyərləndirib.

Sözsüz ki, İsrailin Qətərə zərbələri qəbuledilməzdir, vəhşətdir. Amma buradakı ən acı ironiya odur ki, bu sözləri deyən şəxs və onun təmsil etdiyi dövlət hazırda dünya tarixinə düşəcək vəhşət, soyqırım və qətliam edir.  Ukrayna şəhərləri bombalanır, qəsəbələr, kəndlər xəritədən silinir, uşaqlar, qadınlar, qocalar öldürülür, hərbi əsirlər yerindəcə güllələnib, videoya çəkilir. Azərbaycan atalar sözü var: ““Kor kora "kor" deməsə, bağrı çatlar".  İndi görün kim kimə irad tutur.

Rusiyanın Ukraynada törətdikləri,  tarixdə faşist Almaniyasının qara səhifələrindən daha dəhşətli səhnələri xatırladır. Belə bir dövlətin kiməsə, o cümlədən İsrailə “beynəlxalq hüquq”dan dərs keçmək haqqı yoxdur.

Əgər Rusiya doğrudan da “ədalət” və “qanun” dərdi çəkirsə, ilk növbədə “dərmanı keçəl başına çəksin” – yəni öz vandalizminə son qoysun. Bu da başqa bir Azərbaycan atalar sözüdür. 




Ana səhifəyə qayıt        Baxış: 3 426          Tarix: Bu gün, 15:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma