Xəbər lenti

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyənin "C-130" hərbi yük təyyarəsinin qalıqlarının araşdırılması başa çatıb.

Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.

Məlumata görə, qəzanın nəticələrinin aradan qaldırılması üzrə qrup öz vəzifəsini uğurla başa vuraraq Türkiyəyə qayıdıb.

Qeyd edilib ki, qəza ilə bağlı əhəmiyyətli tapıntılar aşkarlanıb. Bu il noyabrın 11-də qəzaya uğrayan təyyarənin ətraflı təhlil üçün vacib olan qalıqlarının Kayseridəki 2-ci Hava Texniki Xidmət Zavodu İdarəsinə daşınması davam edir.




Ana səhifəyə qayıt        Baxış: 3 042          Tarix: Dünən, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma