Xəbər lenti

  

İranın ABŞ-dan Qasim Süleymaninin qisasını aldığı iddia olunur.

Ovqat.com xəbər verir ki, bu iddianı irəli sürənlər bir müddət əvvəl Əfqanıstanda qəzaya uğramış Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) təyyarədə həlak olan  Maykl D'Andreanın ölümüylə əsaslandırırlar. MKİ-nin Yaxın Şərq və Mərkəzi Asiya əməliyyatlarına rəhbərlik edən Maykl D'Andreanın Qasim Süleymani sui-qəsdində əli olduğundan şübhələnilir. Əfqanıstandakı təyyarə faciəsinin isə texniki qəza olmadığı, vurulduğu iddia edilir.

Bununla bağlı müxtəlif mətbu orqanlarda dərc olunmuş iki yazını diqqətinizə çatdırırıq:

İlk Yazı:

İntiqam bayrağı endirildi: General Süleymaninin qatili öldürüldü - Təhlil

Mənbə: https://eastnews.org/news/43929

 

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) məxsus hərbi sərnişin təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Qəzanın səbəblərini araşdırsaq, təyyarənin yerə salındığını demək daha doğru olar.

 

Maraqlısı budur ki, ABŞ-a məxsus vurulan təyyarədə MKİ-nin İran, İraq və Əfqanıstan üzrə əməliyyatlarla məşğul olan şöbə müdiri Maykl D'Andrea da ölüb. Bunun hansı mənaya gəlməsini demək çətin olmasa da, İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının şəhid olan komandanı Qasim Süleymaninin ölümünə cavab tədbiri olması heç kimdə şübhə yaratmır.

  

Əfqanıstanda ardıcıl iki hərbi təyyarənin vurulması

 

Hadisələr Əfqanıstanda bir-birinin ardınca baş verdi: Əvvəlcə ABŞ Hərbi Hava Qüvvələrinin "Bombardier E-11A" təyyarəsi Qəzni əyalətində vurulub, ardınca Paktiya əyalətində hərbi helikopteri də yerə salınıb.

 

Dünya bu iki hərbi təyyarənin vurulmasından danışır və hadisənin təsadüfən olduğunu və ya qisas nəticəsində baş verdiyini irəli sürür. Əfqanıstanda fəaliyyət göstərən "Taliban" hərəkatı hər iki təyyarəni vurduğunu açıqlayıb. Üstəlik, yerə salınan təyyarədə çox sayda yüksəkçinli MKİ zabitinin olduğunu bəyan edib.

 

ABŞ-ın maraqlarına yaxın olan "Reuters" agentliyi Qəzni şəhərinin polis rəisinin sözlərinə istinadən xəbər verib ki, qəzaya uğrayan təyyarədən dörd cəsəd tapılıb. Daha iki nəfər sağ qalıb, lakin yerləri barədə məlumat yoxdur. Onların "Taliban" tərəfindən tutulma versiyası daha çox səsləndirilir.

  

ABŞ öz təyyarəsinin vurulmasını etiraf edə bilmir

 

Birləşmiş Ştatlar Əfqanıstanda qəzaya uğrayan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə aid olmasını təsdiqləyib. ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Qoldfein qəzanın səbəbləri və ölənlər barədə məlumat verməyib.

 

"Bazar ertəsi Əfqanıstanda qəzaya uğrayan təyyarə kiçik bir ABŞ hərbi təyyarəsi idi. Təyyarədə on nəfərdən az adam olub". Bunu “Reuters” agentliyi ABŞ administrasiyasındakı adını açıqlamadığı mənbəsinə istinadən xəbər verib.

 

ABŞ üçün böyük itki 

  

ABŞ ordusunun yüksəkçinli rəsmisinin "Taliban" tərəfindən vurulan təyyarədə ölməsi Vaşinqton üçün böyük itki hesab olunur. Birləşmiş Ştatlar bu məsələni əvvəlcə ört-basdır etməyə çalışsa da, sonradan təyyarənin qalıqlarının mediada yayılması qarşı tərəfi ətraflı olmasa da, təsdiqedici açıqlamalar verməyə məcbur edib.

 

Təyyarədə ölən D'Andrea isə ABŞ ordusu üçün vacib personajlardan biri olub. O, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran, İraq və Əfqanıstandakı kəşfiyyat əməliyyatlarına rəhbərlik edib. Hesabatlarda göstərildiyi kimi, o, general Qasim Süleymaniyə qarşı hücumu da təşkil edib.

 

Maykl D'Andrea MKİ-də 1979-cu ildən bəri işləməyə başlayıb. O, Afrikada, ABŞ-ın Darus-Salam (Tanzaniya) səfirliyində işləyib, sonra Qahirədəki MKİ idarəsinin rəhbəri və daha sonra Bağdadda xidmət aparıb. 2017-ci ildən bu yana İran istiqamətinə nəzarət edib. D'Andrea 2006-cı ildən bəri 9 ildir MKİ-nin Antiterror Mərkəzinə rəhbərlik edib.

  

İran intiqamını Əfqanıstanda aldı

 

İnqilab Keşikçilər Korpusunun xain hücum nəticəsində həyatını itirən komandanı Qasim Süleymani heç kimə sirr deyil ki, Əfqanıstan da daxil olmaqla, Yaxın Şərqdə böyük nüfuza malik olan və yerli xalqlar tərəfindən birmənalı qəbul edilən şəxs idi. Onun öldürülməsinə həm ölkəsi, həm də Yaxın Şərqdə insanların böyük reaksiya verməsi generalın intiqamının tezliklə və layiqincə alınacağından xəbər verirdi.

 

İran ordusunun ABŞ bazalarına mütəmadi raket zərbələri endirməsini nəzərə almasaq, Əfqanıstanda "Bombardie E-11A" təyyarəsinin yerə salınması ABŞ-a sərt cavablardan biri oldu. Sağlığında ABŞ-ın Əfqanıstandakı işğalçı missiyasına mane olmaq məqsədilə Qasim Süleymaninin əfqanlara müxtəlif yardımlar etməsi, onların silahla təmin olunmasında böyük pay sahibi olması iranlı generalın əfqanlar arasında xeyli tərəfdarlar toplaması ilə nəticlənib.

 

Qasim Sleymaninin əfqanlar arasında olan nüfuzu və rəğbətini nəzərə alaraq ABŞ-a məxsus təyyarənin İranın sifarişi və koordinatları ilə "Taliban" döyüşçüləri tərəfindən vurulması heç də istisna deyil. ABŞ-İran qarşıdurmasında Tehranın Vaşinqtona vurduğu son zərbə Birləşmiş Ştatların dünyadakı toxunulmazlıq nüfuzunu itirməsi baxımından daha bir addım oldu.

 

  

 

İkinci yazı isə İranın rəsmi informasiya agentliklərindən olan ABNA-da işıq üzü görüb. Yazıda Maykl D'Andreanın kimliyinə və qəzaya uğrayan, yaxud vurulan təyyarənin texniki xüsusiyyətlərinə daha geniş aydınlıq gətirilir. “Şəhid Süleymani və İmad Muğniyənin qatili olan "Ayətullah Maykl" adlı ABŞ casusu məhv edildi – Foto” sərlövhəli yazını kiçik ixtisarla diqqətinizə çatdırırıq:

 

Maykl D'Andrea kimidi? O, Yaxın Şərqi və İranı daha yaxşı tanımaq üçün üzdə İslamı qəbul etdiyi üçün ona "Ayətullah Maykl" ləqəbini vermişlər. Ameirka Mərkəzi Kəşfiyyat İdarəsinin sözdə "Terrorla mübarizə idarəsi"ndə rəhbər vəzifədə ən uzun müddət çalışan və bu terrorçu qruma sədirlik edən Maykl D`Andreanın adı İranda 2018-ci ildə iğtişaşların törədilməsi, Livanda Hizbullah təşkilatının liderlərindən İmad Muğniyəyə qarşı terrorun hazırlanması, Əfqanıstanda minlərlə dinc insanın ölümünə səbəb olan pilotsuz təyyarə əməliyyatlarının təşkili, İraqda son iğtişaşlarda 300-dən çox iğtişaşçı və təhlükəsizlik əməkdaşının qətli və son olaraq general Qasim Süleymaniyə qarşı terrorun hazırlanması və həyata keçirilməsində adı keçir.

Qeyd edək ki, Amerika tərəfi əvvəldə inkar etsə də artıq Northrop Grumman E-11A bombardmançı təyyarəsinin qəzaya uğradığını etiraf edib. ABŞ qüvvələrinin Əfqanıstandakı komandiri Sonni Leqqet bildirib ki, təyyarədə ümumilikdə 83 ABŞ hərbi casusu olub.

Maykı D'Areanın mobil hərbi qərargahı olan təyyarəni ABŞ-ın "Yaxın Şərq səmasındakı gözü də adlandırırdılar. Tramp "biz bütün Yaxın Şərq səmasına nəzarət edirik" dedikdə məhz həmin casus qərargahını nəzərdə tutub.

 

Mütəxəssislər qeyd edirlər ki, ABŞ-ın ən müasir hərbi kəşfiyyat təyyarəsi xüsusən gizlin müşahidə rejimində olanda demək olar ki, heç bir zaman radara düşmür. REB sistemi ilə təhciz olunub, özünü müdafiə və avtomatik olaraq hədəflərin hər birini ayrı-ayrılıqda onların istiqamətlərini təyin etmək qabiliyyətindədir. Güclü ultraşua dalğalar yaradır ki, bu da rəqibin HHM sistemlərini tamamilə "kor eləyir". 1 km radiusunda süni maqnit sahəsi yarada bilir və bunun nəticəsində yalançı hədəflər obrazı yaradaraq düşmənin hava hücumundan müdafiə sistemlərini çaşdırıcı siqnallarla azdırır. 10 000 metrdən istənilən obyektin həm yerdə həm də göydə tam görüntülərini yüksək səviyyədə çəkə bilir. Gecə çəkiliş aparmaq üçün ən müasir cihazlarla təmin olunub...

Amma əsas sual budur: "Belə bir son modern cihazlar ilə təsis olunan və 10 km hündürlükdə uçuş edən təyyarə doğurdanmı elektron sistemlərlə təchiz olunmayan Taliban qruplaşması tərəfindənmi vurulub?!




Ana səhifəyə qayıt        Baxış: 1 227          Tarix: 31-01-2020, 02:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma