Xəbər lenti

 

Kürdəmirdə yük maşını minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində ölən və yaralananlar var.

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, yük maşınının minik avtomobilinə çırpılması ölümlə nəticələnib. Ağır qəza Kürdəmirin Atakişili kəndində baş verib. Türkiyə vətəndaşı Seyfəddin Oksunun idarə etdiyi yük maşını 60 yaşlı Vahid Mehdiyevin idarə etdiyi minik maşınına arxadan çırpılıb.
Minik avtomobilində olan sərnişin, Bakı şəhər sakini 57 yaşlı Qətibə Mehdiyeva hadisə yerində dünyasını dəyişib. Sürücü Vahid Mehdiyev və digər sərnişinlər, Bakı şəhər sakinləri - Elza Qədirzadə, 13 yaşlı Züleyxa Qədirzadə və 15 yaşlı Abbas Qədirzadə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 757          Tarix: 29-08-2017, 21:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma