Xəbər lenti

 

Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, "Şaqman" markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. Nəticədə 4 nəfər xəsarət alıb. Onlardan 3-ü bir ailənin üzvləridir. Nərimanov rayon polis idarəsindən verilən məlumata görə, qəza nəticəsində minik avtomobillərindən birinin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, digər avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar respublika klinik xəstəxanasına yerləşdiriliblər. İlkin məlumat olaraq bildirilir ki, qəza yüksək sürətlə hərəkətdə olan "Şaqman" markalı yük maşınının prospektdə yerləşən tuneldə 1 yük maşını və 9 minik avtomobili ilə toqquşması nəticəsində baş verib. Qəzadan sonra ərazidə maşınların hərəkəti dayanıb. Avtomobillər ərazidən təxliyyə edildikdən sonra Ziya Bünyadov prospektində maşınların hərəkəti bərpa edilib. /Xezerxeber.az/

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 942          Tarix: 29-07-2017, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma