İnsan dərisinin hüceyrələrinin kök hüceyrə halına gətirilmədən birbaşa motor neyronlara keçirildiyi bildirilib.
Detalları "Cell Stem Cell" jurnalında nümayiş olunan texnikanın, Vaşinqton Universitetinin tibb fakültəsində ixtira edildiyi qeyd olunub.
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, texnikayla 20 yaşlarının əvvəlində olan insanlarla 60 yaşlarının sonunda olan sağlam insanlardan alınan dəri hüceyrələri, kök hüceyrə halına gətirilmədən birbaşa motor neyronlara çevrilib.
Elm insanları, texnika sayəsində insan sinir sisteminə aid motor neyronların laboratoriya şəraitində araşdıracağını ifadə edir.
Həmçinin texnikanın, amiotrofik lateral skleroz kimi motor neyron xəstəlikləri haqqında daha çox məlumat əldə edilməsinin təmin etməsinə ümid edilir.
Paylaş: