Xəbər lenti

 

Qoz yarpağı adından da göründüyü kimi qoz ağacının yarpaqlarından əldə edilən bir yarpaq növüdür. Qoz yarpağı keçmiş zamanlardan bəri bir çox xəstəlik üçün şəfa kimi istifadə edilir.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, qoz yarpağının ən mühüm faydası bədəndə olan toksinləri atmasıdır.
Qoz yarpağı çayı mütəmadi olaraq içilsə bədəndə olan mikrobları, bakteriyaları və toksinləri bədəndən atmağa yardımçı olacaq. Bu halda da xüsusilə bağırsaqlarda olan qurdlar üçün qoz yarpağı təklif edilir.
Demək olar ki, hər xərçəng növündə alternativ tibb olaraq qoz yarpağı istifadə edilir. Orqanizmdə sürətlə artım göstərən pis xasiyyətli hüceyrələrin məhv edilməsi məsələsində qoz yarpağının olduqca faydalı nəticələr verdiyi müşahidə olunmuşdur.
Qoz yarpağı istifadə edilərək yaradılan məlhəm və pastalar, yaralarınızın daha tez yaxşılaşmasını təmin edir.
Qoz yarpağı saç rəngini parlaqlaşdırmağa kömək edir, beləliklə, saçınızın daha sağlam görünməsinə yardımçı olur. Qoz yarpaqlarını püre halına gətirərək, şampun etsəniz, saçlarınızın əvvəlkindən daha sağlam və daha canlı olacağını müşahidə edəcəksiniz.




Ana səhifəyə qayıt        Baxış: 884          Tarix: 2-09-2017, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma