Xəbər lenti

Üzütüpürcəkli bir çox adamların niyə uzunömürlü olduğunun sirri ortaya çıxdı. Sən demə, bir çoxlarımızın iyrəndiyi bu bir parça ağız suyu min bir dərdin dərmanı imiş. Hər halda Çili alimləri belə düşünür.
İnanmırsanızsa, yazını oxuyun.
Qeyd edək ki, bu məlumat, hansısa ağzıgöyçək müxalif mətbu orqan tərəfindən də yayılmayıb. Əksinə, xəbər, ölkəmizin əsas rəsmi informasiya qaynağı olan Azərtac-a aiddir. 

***

 Çili Universitetinin alimləri müəyyən ediblər ki, insan tüpürcəyinin tərkibində olan mikrob əleyhinə peptid — histatin-1 yaranın sağalmasını tezləşdirə bilər. AZƏRTAC xəbər verir ki, histatin-1 sağalmanın effektiv olması üçün yeni qan damarları əmələ gətirən angiogenez prosesini stimullaşdırır.

Mütəxəssislər histatin-1-in angiogenezə təsirini öyrəniblər. Tədqiqatçılar hüceyrə kulturaları, toyuq embrionları və sağlam könüllülərin tüpürcək nümunələri ilə eksperimentlər apararaq aşkar ediblər ki, histatin-1 angiogenezə, hüceyrə adgeziyasına və miqrasiyasına şərait yaradır. İndi mütəxəssislər yaraların müalicəsi üçün materiallar və implantatlar hazırlamaq üzərində çalışırlar.

Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 1 377          Tarix: 13-08-2017, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma