Xəbər lenti

 

Amerikanın Buffalo Universitetində bir qrup araşdırmaçı sualtı kabelsiz internet layihəsi hazırlayıb.

Ovqat.com xəbər verir ki, araşdırmaçılar layihənin yaxın zamanda istifadəyə verilməsi və yayılmasını təmin etmək üçün "sualtı şəbəkə arxitekturası" adlı test keçiriblər.

Mütəxəssislər sualtı internet əlaqəsinin okean həyatının araşdırılmasında, sunami və zəlzələ ehtimallarının əvvəlcədən öyrənilməsində, hətta narkotik ticarəti ilə məşğul olanların planlarının çökdürülməsində istifadə ediləcəyini bildiriblər.

Araşdırmaçılar ilk mərhələdə 18 kq çəkisi olan iki sensoru Yeni Orlean və Nyu-York sularına yerləşdiriblər. Daha sonra kabelsiz internet ötürməyi təmin edən radio dalğalarını su altına yönəldərək səs dalğalarına çeviriblər.

Layihə barədə açıqlama verən araşdırmaçı Konan Brayn mövzu barədə zarafat etməyi də unutmayıb:

"Araşdırmaçılar hazırda sualtı "Wi Fi" layihəsi üzərində işləyir. Nəhayət ki, "Boğuluraaam!" tvitləri atmağın zamanı gəldi".

Lakin kabelsiz sualtı internet yalnız elmi məqsədlər üçün istifadə ediləcək. Yəni, hazırda çoxlarını maraqlandıran sualtı dalış macəralarının fotoları çəkən an sosial şəbəkələrə paylaşmaq avantajı hələ ki, müzakirə mövzusu deyil. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 825          Tarix: 20-09-2017, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma