Xəbər lenti

Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kınalıada” sualtı qayığının suya buraxılması mərasimindəki çıxışında bildirib.

“2023-cü ilədək Türkiyənin hərbi sənayesi xarici şirkətlərdən asılılığı azaltmalıdır. Biz öz aviadaşyıcımızı da inşa etməliyik. Biz gəmi tikintisində liderlərdən biri olmalıyıq. Artıq öz aviadaşıyıcımızın olması arzusunun reallaşacağı tarix uzaqda deyil”, - deyə, Türkiyə prezidenti vurğulayıb.

“Kınalıada” hərbi gəminin tikintisinə “MİLGEM” layihəsi çərçivəsində başlanılıb. “MİLGEM” proqramının icrasına 1996-ci ildə başlanılıb. Maliyyə çatışmazlığı ucbatından onun reallaşmasında fasilələr olub. Sualtı qayığın ilk nümunəsinin istehsalına 2008-ci il oktyabrın 2-dən “Xeybeliada” gəmisi ilə başlanlıb.

“Türkiyə artıq 14 hərbi gəmi layihəsini gerçəkləşdirib. Növbədə daha 10 gəmi layihəsi var”, - deyə, Ərdoğan bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 777          Tarix: 3-07-2017, 15:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma